Qelebə.az / Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb

Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb

20-05-2025, 09:20

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında 300-cü matçına çıxıb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu, XXXVII turda "Brayton"la matçda (2:3) reallaşıb.

Misirli hücumçu həmçinin Afrika qitəsinin belə yüksək göstəriciyə çatan dördüncü nümayəndəsi olub. İlk 3 pillədə qərarlaşan Kolo Ture (Fil Dişi Sahili, 353 matç), Vilfrid Zaha (Fil Dişi Sahili, 305 matç) və Cordan Ayyudur (Qana, 303 matç).

Qeyd edək ki, M.Salah 2017-ci ildən "Liverpul"un formasını geyinir. O, buna qədər İngiltərə çempionatında "Çelsi"də (2014-2016) çıxış edib.

Geri qayıt