Qelebə.az / Serxio Buskets milli karyerasını bitirib

Serxio Buskets milli karyerasını bitirib

16-12-2022, 16:44

Serxio Buskets İspaniya millisindəki karyerasını başa vurub.

QELEBE.AZ saytının məlumatına görə, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Qətərdəki DÇ-2022 dayaq yarımmüdafiəçisinin millidəki son turniri olub. Onun komandası 1/8 finalda Mərakeşə penaltilər seriyasında uduzub.

Qeyd edək ki, Buskets yığmada 143 matçda 2 qol vurub.

Geri qayıt