“Mançester Yunayted” Avropa Liqasının finalında qələbə qazanacağı təqdirdə Çempionlar Liqasına vəsiqəni təmin edə bilərdi, lakin London klubu Avropa Liqasının finalında “Tottenhem”ə minimal hesabla 0:1 hesabı ilə uduzdu.
QELEBE.AZ xəbər verir ki, “qırmızı şeytanlar” gələn mövsüm İngiltərəni avrokuboklarda təmsil etməyəcək.
Sonuncu dəfə "Mançester Yunayted" 2014/2015 mövsümündə avrokuboklardan kənarda qalmışdı.
Qeyd edək ki, Premyer Liqanın son turu öncəsi mankunianlar cədvəldə cəmi 16-cı yerdədir.