Qelebə.az / Azərbaycan boksçuları Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar

Azərbaycan boksçuları Rusiyadakı turnirdə yarımfinala vəsiqə qazanıblar

23-05-2025, 09:44

"Bakı" adı altında Rusiyada keçirilən "Qəbələ kuboku"na qatılan Azərbaycanın boks millisi yarımfinala vəsiqə qazanıb. 

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib. 

Yığma yarışa 1/4 finaldan başlayıb.

Permdə keçirilən “Qələbə kuboku”nda rəqib “Ural” kollektivi olub. “Bakı” görüşdən 3:2 hesablı qələbə ilə ayrılıb.

4 raunddan ibarət qarşılaşmalarda komandanın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi, Məhəmməd Abdullayev isə Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.

Geri qayıt