Qelebə.az / Minifutbol üzrə dünya çempionatı: İsrail Bakıda Qanaya qalib gəlib

Minifutbol üzrə dünya çempionatı: İsrail Bakıda Qanaya qalib gəlib

24-05-2025, 13:43

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, H qrupunun II turunda Qana yığması İsrail ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma Avropa təmsilçisinin 4:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, ilk turda Qana İspaniyaya, İsrail isə Serbiyaya 0:3 hesabı ilə uduzub.

Foto: Samirə Həsənova

Geri qayıt