Qelebə.az / Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

24-05-2025, 20:17

Slovakiyada yeniyetmə və gənclər arasında kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası” turniri keçirilir.

QELEBE.AZ xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komandamız bu gün 2 medal qazanıb.

Tatyana Smilovenko 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülüb.

Kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə isə ikinci yer tutub.

Geri qayıt