Qelebə.az / Minifutbol üzrə dünya çempionatı: Çexiya millisi BƏƏ yığmasını məğlub edib

Minifutbol üzrə dünya çempionatı: Çexiya millisi BƏƏ yığmasını məğlub edib

24-05-2025, 23:05

Çexiya millisi Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında BƏƏ yığmasını məğlub edib.

"Report"un məlumatına görə, G qrupunun oyunu Milli Gimnastika Arenasında baş tutub.

Mundialın ikinci gününün son qarşılaşması Avropa təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər matçında Gürcüstan yığması Argentina millisini 6:1 hesabı ilə məğlub edib. Hərəyə 6 xalı olan Gürcüstan və Çexiya yığmaları pley-off mərhələsini vaxtından əvvəl təmin ediblər.

Bununla da dünya çempionatı: Milli Gimnastika Arenasında qrup mərhələsinin II turunun oyunları başa çatıb.

Foto: Mircavid Eminoğlu. 

Geri qayıt