Qelebə.az / Qurban Qurbanov “Barselona”nın düşərgəsini ziyarət edib

Qurban Qurbanov “Barselona”nın düşərgəsini ziyarət edib

25-05-2025, 00:18

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın "Barselona" klubunun düşərgəsində olub. 

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10 komandalarının məşqlərini izləyib.

Qurbanov "Barselona"nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. Flik Qurbanovu növbəti çempionatın gedişində yenidən "Barselona"nın düşərgəsinə gəlməyi tövsiyə edib.

Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə "Barselona"nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.

Geri qayıt