Qelebə.az / “Fənərbaxça” Avropa Basketbol Liqasının qalibi olub

“Fənərbaxça” Avropa Basketbol Liqasının qalibi olub

26-05-2025, 00:30

Avropa Basketbol Liqasının qalibi müəyyənləşib.

Apasport.az xəbər verir ki, həlledici görüşdə “Fənərbaxça Beko” Fransa təmsilçisi “Monako” ilə qarşılaşıb.

İstanbul klubu rəqibini 81:70 hesabı ilə məğlub edərək çempion adına yiyələnib.

Qeyd edək ki, “sarı-lacivərdlilər” bu uğura ikinci dəfə imza atıblar. Komanda sonuncu dəfə 2016/17 mövsümündə kuboka sahib çıxmışdı.

Geri qayıt