Qelebə.az / Azərbaycanın parakamandan oxatma üzrə millisi Romada Avropa Kubokunda iştirak edir

Azərbaycanın parakamandan oxatma üzrə millisi Romada Avropa Kubokunda iştirak edir

26-05-2025, 21:26

Azərbaycanın parakamandan oxatma üzrə millisi İtaliyanın paytaxtı Romada keçirilən Avropa Kubokunda iştirak edir.

"QELEBE.AZ" xəbər verir ki, bu gün start götürən yarış mayın 31-dək davam edəcək.

Turnirdə paralimpiyaçılardan Əli Nəbiyev, Ceyhun Nəbiyev və Şahin Cabbarov qalib adı uğrunda mübarizə aparır.

Qeyd edək ki, yığmanı yarışa baş məşqçi İlqar Abbasov hazırlayır.

Geri qayıt