Bu gün UEFA Konfrans Liqasının 2024/2025 mövsümünün qalibi müəyyənləşəcək.
QELEBE.AZ xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” klubları qarşılaşacaq.
Polşanın Vrotslav şəhərindəki eyniadlı stadionda baş tutacaq görüşü Bosniya və Herseqovinadan olan referi İrfan Palto idarə edəcək.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
UEFA Konfrans Liqası
Final
23:00. "Betis" - "Çelsi"
Baş hakim: İrfan Palto (Bosniya)