Qelebə.az / Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir

Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir

29-05-2025, 20:20

Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim.

Bunu "Report"a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Goran Nenezic deyib.

O, Bakıda təşkil olunan mundialın 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb:

"Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə - Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı".

Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Geri qayıt