Qelebə.az / Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq

Minifutbol üzrə dünya çempionatı: Azərbaycan millisi bu gün yarımfinal oyununa çıxacaq

30-05-2025, 07:28

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.

“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.

Görüş saat 20:00-da start götürəcək.

Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq.

Dünya çempionatı

Yarımfinal

30 may

Azərbaycan - Monteneqro

Macarıstan - Serbiya.

Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Geri qayıt