Qelebə.az / Konseysao "Milan"dan ayrılıb - Rəsmi

Konseysao "Milan"dan ayrılıb - Rəsmi

30-05-2025, 07:40

İtaliyanın "Milan" klubunun baş məşqçisi Serxio Konseysao 5 aydan sonra komandanı tərk edib.

QELEBE.AZ xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssis "rossoneri"nin sükanı arxasında 31 matç keçirib. Onlardan 16-sı qələbə, 5-i heç-heçə, 10-u isə məğlubiyyətlə başa çatıb.

Konseysaonun yetirmələri çempionatda cari mövsümü 8-ci yerdə başa vurub, Superkuboku qazanıb və ölkə kubokunun finalında “Bolonya”ya uduzub.

Konseysaonu əvəz etməyə əsas namizəd Massimiliano Alleqridir. Onun İtaliya təmsilçisi ilə yaxın günlərdə 2 illik müqavilə imzalayacağı gözlənilir.

Geri qayıt