Qelebə.az / "Sabah"ın U-12 komandası "Rize Cup" beynəlxalq turnirində üç oyun keçirib

"Sabah"ın U-12 komandası "Rize Cup" beynəlxalq turnirində üç oyun keçirib

30-05-2025, 13:17

"Sabah" klubunun U-12 komandası Türkiyədə təşkil olunan “Rize Cup” beynəlxalq turnirində üç oyun keçirib.

"QELEBE.AZ" paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ilk görüşdə komanda yerli “Rizespor”la qarşılaşıb.

Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın heyətində Səhlab Məmmədov fərqlənib. Bakı klubu növbəti qarşılaşmada “Başakşehir”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu Arda Fərəmuzov vurub.

Emin Salmanovun baş məşqçisi olduğu kollektiv üçüncü oyunda “Qaziantep”lə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Hər üç qolu Arda Fərəmuzov rəqib qapısından keçirib.

Qeyd edək ki, üç oyundan sonra "Sabah"ın 6 xalı var.

Geri qayıt