Qızıl Avropa Liqasında çıxış edən qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyunlar üçün Slovakiyaya yola düşüb.
QELEBE.AZ xəbər verir ki, qarşılaşmalar 6-8 iyunda paytaxt Bratislavada keçiriləcək.
Rəqiblər Slovakiya və Monteneqro komandaları olacaq.