Qelebə.az / “Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb

6-06-2025, 12:41

İngiltərənin “Arsenal” klubu braziliyalı futbolçusu Qabriel Maqalyaynsla yeni müqavilə imzalayıb.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2029-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2020-ci ildə Fransanın “Lill” klubundan “Arsenal”a transfer olunub. O, “Topçular”ın heyətində ümumilikdə 210 oyun keçirib və 20 qol vurub.

Geri qayıt