Qelebə.az / Azərbaycan yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib

Azərbaycan yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib

6-06-2025, 23:58

Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Qızıl Avropa Liqasında növbəti matçını keçirib.

"Report"un məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi kollektiv Slovakiya seçməsi ilə qarşılaşıb.

Görüş rəqib yığmanın qələbəsi ilə yekunlaşıb - 3:0 (25:20, 25:12, 25:20).

Qeyd edək ki, Qızıl Avropa Liqasının II turu Slovakiyanın paytaxtı Bratislavada keçirilir. Azərbaycan yığması daha əvvəl Bakıdakı matçlarda Macarıstan və Sloveniya seçmələrinə 0:3 hesabı ilə uduzub. Komanda növbəti görüşünü sabah Monteneqro millisinə qarşı keçirəcək.

Geri qayıt