Qelebə.az / Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib

Azərbaycanın voleybol millisi Gürcüstana qalib gəlib

7-06-2025, 20:35

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, yığma Gürcüstan kollektivi ilə üz-üzə gəlib.

İsveçdə təşkil olunan qarşılaşma Azərbaycan millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda ötən gün İsveçə uduzub - 0:3.

Geri qayıt