Qelebə.az / 3x3 basketbol millimız yarımfinal oyununa çıxacaq

3x3 basketbol millimız yarımfinal oyununa çıxacaq

8-06-2025, 10:58

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi bu gün Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxacaq.

QELEBE.AZ xəbər verir ki, komanda Bakı vaxtı ilə saat 20:40-da Malta ilə qarşılaşacaq.

Matç Kosovonun paytaxtı Priştinada baş tutacaq.

Azərbaycan millisi ötən gün qrup oyununda Kosovo yığmasına 22:10 hesabı ilə qalib gələrək yarımfinala yüksəlmişdi.

Qeyd edək ki, Avropa Kubokunun təsnifat mərhələsinin qalibi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək əsas mərhələyə vəsiqə qazanacaq.

Geri qayıt