Qelebə.az / Polşa klubunun investoru restorana baş çəkdikdən sonra dünyasını dəyişib

Polşa klubunun investoru restorana baş çəkdikdən sonra dünyasını dəyişib

11-06-2025, 17:53

Polşanın "Visla" klubunun əsas investoru Tomaş Kokosinski Krakov şəhərində restorana baş çəkdikdən sonra dünyasını dəyişib.

"Report" "wiadomosci.radiozet.pl"a istinadən xəbər verir ki, iş adamı klubda 5 milyon dollarlıq pay almaq üçün Krakov şəhərinə gəlib.

O, iyunun 4-də restoranlardan birinə şam yeməyinə gedib və orada qidadan boğulub. Zərərçəkmiş hipoksiya və beyin ölümü səbəbindən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İyunun 10-da isə T.Kokosinskinin ölümü qeydə alınıb.

Geri qayıt