Qelebə.az / "Çelsi" imtina etdi, Sanço "Mançester"ə qayıdır

"Çelsi" imtina etdi, Sanço "Mançester"ə qayıdır

12-06-2025, 09:07

"Çelsi"də icarə müddəti başa çatan Ceydon Sanço "Mançester Yunayted"ə qayıdır.

Apasport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 

Sanço komandaya 31 avqust 2024-cü ildə qoşulmuşdu və ötən mövsüm klubun heyətində ümumilikdə 41 oyun keçirib.

"Çelsi"dəki çıxışı zamanı vinger 5 qol vurub, sonuncu qolu isə Konfrans Liqasının finalında "Betis"ə qarşı oyunda (4:1) qeydə alınıb. 

"Zadəganlar" ötən mövsüm icarə əsasında oynayan futbolçunun təxmini 25 milyon funt-sterlinq dəyərində olan məcburi satınalma şərtini qəbul etmədiyinə görə 5 milyon funt cərimə ödəyib.

Geri qayıt