Qelebə.az / Cüdo tariximizdə ilk

Cüdo tariximizdə ilk

12-06-2025, 10:41

Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Qeyd edək ki, dünya çempionatı 13-20 iyun aralığında baş tutacaq.

Geri qayıt