"Beşiktaş"da ayrılıq yaşanacaq.
QELEBE.AZ xəbər verir ki, Amir Hadziahmetoviç komandanı tərk edəcək.
Yarımmüdafiəçi “Cenoa”nın maraq dairəsinə düşüb.
Genuya təmsilçisi keçidi bu yay tamamlamaq niyyətindədir.
Onun “Beşiktaş”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Qeyd edək ki, Amir 2023-cü il fevral ayında “Konyaspor”dan İstanbul klubuna keçib.