Qelebə.az / "Yuventus" amerikalı futbolçusunu komandada saxlayacaq

"Yuventus" amerikalı futbolçusunu komandada saxlayacaq

13-06-2025, 07:42

"Yuventus"un amerikalı yarımmüdafiəçisi Ueston Makkenni tezliklə klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb. 

Tərəflər əvvəlki idman direktoru - Kristiano Qiuntoli dövründə razılığa yaxın idilər, lakin klub sonradan danışıqları dayandırmışdı. 

Mənbənin sözlərinə görə, yeni baş direktor Damien Komolli sövdələşməni başa çatdırmağa hazırdır.

26 yaşlı futbolçu ilə 2028-ci ilə qədər müqavilə imzalanacaq. Onun maaşı ildə təxminən 3,3 milyon avro olacaq.

Makkenni ötən mövsüm Turin klubunun heyətində 44 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.

Geri qayıt