Qelebə.az / "Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

"Neftçi"nin futbolçusu Belarus yığmasına dəvət olunub

6-09-2022, 16:30

“Neftçi” klubunun futbolçusu Yeqor Boqomolski Belarus milli komandasına dəvət olunub.

"QELEBE.AZ"un "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı hücumçu Qazaxıstan və Slovakiya ilə UEFA Millətlər Liqasının oyunlarına çağırılıb.

Qarşılaşmalar sentyabrın 22-də və sentyabrın 25-də olacaq.

Qeyd edək ki, Yeqor Boqomolski Belarus milli komandasının heyətində 2 oyun keçirib.

Geri qayıt