Qelebə.az / Azərbaycanda keçiriləcək UFC turnirinin əsas ulduzu Camal Hill Bakıya gəlib

Azərbaycanda keçiriləcək UFC turnirinin əsas ulduzu Camal Hill Bakıya gəlib

15-06-2025, 16:45

İyunun 21-də Bakı Kristal Zalında keçiriləcək Mütləq Döyüş Çempionatı (UFC) turnirinin əsas döyüşçüsü Camal Hill Azərbaycana gəlib.

“QELEBE.AZ”un məlumatına görə, UFC-nin yarım ağır çəki dərəcəsində keçmiş çempionu komandası ilə birlikdə artıq ölkəmizdədir.

Qeyd edək ki, Camal Hill “UFC Fight Night”ın əsas döyüşündə Xalil Rauntri ilə üz-üzə gələcək.

Geri qayıt