Qelebə.az / "Fənərbaxça" - "Beşiktaş" derbisi üçün azarkeş qərarı

"Fənərbaxça" - "Beşiktaş" derbisi üçün azarkeş qərarı

16-06-2025, 10:02

Türkiyə Basketbol Super Liqasının pley-off final seriyasında "Fənərbaxça Beko" və "Beşiktaş Fibabanka" üz-üzə gələcək.

QELEBE.AZ "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, liqa idarə heyətinin mövsüm ərzində səfər oyunlarına qoyduğu qadağa qərarı play-off final seriyasında da davam edəcək.

Belə ki, keçiriləcək matçlarda səfər tribunası olmayacaq.

Tərəflər arasında ilk oyun iyunun 17-si, saat 21:30-da baş tutacaq.

Qeyd edək ki, 4 qələbə qazanan komanda çempion olacaq. 

Geri qayıt