Qelebə.az / Azərbaycanın voleybol millisi Farer adalarına yollanıb

Azərbaycanın voleybol millisi Farer adalarına yollanıb

19-06-2025, 09:55

Gümüş Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi 3-cü tura ev sahibliyi edəcək Farer adalarına yola düşüb.

QELEBE.AZ xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Turnirin iyunun 20-22-də baş tutacaq üçüncü turunda Azərbaycan yığmasının rəqibləri Farer adaları və Avstriya komandaları olacaq.

Geri qayıt