Qelebə.az / "Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb

"Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb

22-06-2025, 10:42

İspaniya təmsilçisi "Real" vingeri Vinisius Juniorla müqavilə müddətini uzadıb.

"QELEBE.AZ" "Marca" nəşrinə istinadən xəbər verir ki, Madrid kollektivi futbolçu ilə sözləşməni artırdığını klublararası dünya çempionatından sonra açıqlayacaq.

Yeni müqavilənin 2030-cu ilə qədər olduğu bildirilir.

Qeyd edək ki, "Transfermarkt" portalı Vinisiusun bazar dəyərini 170 milyon avro qiymətləndirir.

Geri qayıt