Qelebə.az / "Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

"Qarabağ" qış fasiləsinə inamlı qələbə ilə yollanıb

24-12-2022, 19:30

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, lider "Qarabağ" "ASCO Arena"da "Səbail"in qonağı olub. Qarşılaşma "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər üç qol 2-ci hissədə vurulub. Hesabı 61-ci dəqiqədə Ramil Şeydayev açıb. 82-ci dəqiqədə Musa Qurbanlı fərqi artırıb. 88-ci dəqiqədə fərqlənən Abdullah Zubir isə görüşdə son nöqtəni qoyub.

Bu qələbədən sonra xallarını 50-yə çatdıran "Qarabağ" ilk pillədəki mövqeyini möhkəmləndirib. 10 xalı olan "Səbail" isə qış fasiləsinə sonuncu - 10-cu sırada yollanıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Neftçi" evdə "Şamaxı"nı 3:0, "Sabah" səfərdə "Sumqayıt"ı 6:0, "Qarabağ" "Səbail"i 3:0 hesabı ilə məğlub edib, "Qəbələ" isə öz meydanında "Turan Tovuz"la qolsuz sülhə razılaşıb. Tura dekabrın 25-də keçiriləcək "Zirə" - "Kəpəz" görüşü ilə yekun vurulacaq.

Geri qayıt