Qelebə.az / DÇ: Messi üçün əlamətdar qarşılaşma - PSJ-yə qarşı

DÇ: Messi üçün əlamətdar qarşılaşma - PSJ-yə qarşı

24-06-2025, 08:31

Klublararası Dünya Çempionatında A və B qrupunda qrup mərhələsinin oyunları başa çatıb.

QELEBE.AZ xəbər verir ki, A qrupundan “İnter Mayami”, “Palmeyras”, B qrupundan isə PSJ və “Botafoqo” növbəti mərhələyə yüksəlib.

“İnter Mayami” pley-offda PSJ, “Palmeyras” isə “Botafoqo” ilə qarşılaşacaq.

“İnter Mayami”nin kapitanı Lionel Messi üçün Paris klubu ilə matç əlamətdar olacaq. Belə ki, o, PSJ-dən məhz ABŞ klubuna keçib.

Geri qayıt