Qelebə.az / Fransalı forvard ölkəsinə qayıdacaq

Fransalı forvard ölkəsinə qayıdacaq

27-06-2025, 15:05

Fransa millisinin sabiq üzvü Olivye Jiru “Lill”ə keçməyə yaxındır.

Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi artıq forvardla razılıq əldə edib.

Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Onun “Los-Anceles”lə müqaviləsini ləğv edəcəyi və əvəzində “Lill”lə bir illik müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 38 yaşlı hücumçu MLS təmsilçisinin heyətində 37 matçda cəmi 5 qol vurub.

Geri qayıt