"Qalatasaray"ın yeni mövsüm üçün loqo dizaynı bəlli olub.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
2025-26 sezonunda 5-ci ulduz digərlərinin üzərində yer alacaq.
Növbəti mövsümdən etibarən isə bütün ulduzlar yanaşı yerləşəcək.
Qeyd edək ki, "Qalatasaray" bu il Türkiyə Super Liqasında 25-ci çempionluğunu qazanıb.