Qelebə.az / Azərbaycan karateçiləri Xorvatiyada bürünc medal qazanıblar

Azərbaycan karateçiləri Xorvatiyada bürünc medal qazanıblar

29-06-2025, 21:02

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində keçirilən "Karate1 Youth League və Parakarate Cup" turnirlərində uğurla çıxış ediblər.

"QELEBE.AZ" xəbər verir ki, Gülay Orucova (59 kq) 16-17 yaş qrupunda olan idmançıların mübarizəsində, parakarate yığma komandasının üzvü Aslan Ərcan isə K21 kateqoriyasında bürünc medal qazanıblar.

Qeyd edək ki, hər iki karateçinin şəxsi məşqçisi Sənan Cəfərovdur.

Geri qayıt