Qelebə.az / Azərbaycan akrobatları Dünya Kubokunda iki gümüş medal qazanıblar

Azərbaycan akrobatları Dünya Kubokunda iki gümüş medal qazanıblar

30-06-2025, 12:48

Azərbaycan akrobatları Polşanın Jeşuv şəhərində keçirilmiş Dünya Kubokunda iki gümüş medal qazanıblar.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Qarışıq hərəkətlər proqramında Abdulla Əl-Məşayxi, Seymur Cəfərov, Riad Səfərov və Rəsul Seyidli ibarət kişi qrupu 29.070 xalla, Daniel Abbasov-Murad Rəfiyev cütlüyü isə 28.730 xalla ikinci yeri tutaraq gümüş medala sahib çıxıblar.

Geri qayıt