Qelebə.az / Markinyos "Qarabağ"ın diqqət mərkəzində - EKSKLÜZİV

Markinyos "Qarabağ"ın diqqət mərkəzində - EKSKLÜZİV

30-06-2025, 16:42

“Qarabağ” transfer çalışmalarını davam etdirir.

QELEBE.AZ saytına verilən məlumata görə, Ağdam klubunun transfer siyahısında yer alan futbolçulardan biri də Markinyosdur.

Azərbaycan çempionu APOEL-in formasını geyinən braziliyalı üçün danışıqlar aparır.

“Qarabağ” futbolçunu transfer etmək çətin olsa, onu icarəyə götürməyi nəzərdən keçirəcək. 

Qeyd edək ki, APOEL-in Markinyosla müqavilə müddəti 2028-ci il mayın 31-nə qədərdir. Vinger karyerası ərzində “Korintians”, “Banqu”, “Braqantino”, “Ponte Preta”, “Sport Resife” və “Kuyaba” (hamısı Braziliya) klublarında çıxış edib.

Geri qayıt