Qelebə.az / Bakıda “Zəfər Kuboku” turniri keçiriləcək

Bakıda “Zəfər Kuboku” turniri keçiriləcək

1-07-2025, 18:48

Azərbaycan Karate Federasiyasının rəhbərliyi və “Arpaçay Karate Klubu”nun təşkilatçılığı ilə “Zəfər Kuboku” turniri keçiriləcək. 

Apasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. 

Yarışlar 4-6 iyul 2025-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində keçiriləcək. 

Açılış mərasimi 5 iyul saat 15:00-da baş tutacaq.

Turnirdə respublikanın müxtəlif bölgələrindən idmançılar iştirak edəcək.

Geri qayıt