Qelebə.az / "Liverpul"dan "Bayer"ə - RƏSMİ

"Liverpul"dan "Bayer"ə - RƏSMİ

2-07-2025, 13:30

Almaniya Bundesliqası təmsilçilərindən "Bayer" növbəti transferini reallaşdırıb.

QELEBE.AZ xəbər verir ki, komanda "Liverpul"un müdafiəçisi Cerel Kuansanı heyətinə qatıb.

Bu barədə Leverkuzen təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı ingiltərəli ilə 5 illik müqavilə imzalanıb. "Bayer" bu keçid üçün qarşı tərəfə 35 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Kuansa "Liverpul"un yetirməsi olub. O, mersisaydlıların heyətində meydana çıxdığı 58 rəsmi matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt