Qelebə.az / "Zirə" 18 yaşlı futbolçu transfer edib

"Zirə" 18 yaşlı futbolçu transfer edib

2-07-2025, 15:11

“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Qartallar" Abdul Aziz Batibieni heyətinə qatıb. Komanda toqolu futbolçu ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.

Geri qayıt