Qelebə.az / Asim Xudiyev Konfrans Liqası oyununda

Asim Xudiyev Konfrans Liqası oyununda

9-07-2025, 12:24

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

QELEBE.AZ xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 17-də keçiriləcək “Dila” (Gürcüstan) - “Rasinq Union” (Lüksemburq) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Qori şəhərində yerləşən Tengiz Burcanadze adına stadionda baş tutacaq.

Geri qayıt