Qelebə.az / "Ayaks"dan Tadiç açıqlaması

"Ayaks"dan Tadiç açıqlaması

11-07-2025, 00:59

"Fənərbaxça"dan ayrılan Tadiç keçmiş klubu "Ayaks"a qayıtmayacaq.

QELEBE.AZ xəbər verir ki, Niderland klubu Duşan Tadiçlə bağlı rəsmi açıqlama verib.

Niderland klubunun meneceri Con Heytinqa serb futbolçunu transfer etməyəcəklərini açıqlayıb:

"Duşan Tadiçi geri qaytarmayacağıq. Diqqətimizi əlimizdə olan futbolçulara yönəldiririk", - deyərək transfer söz-söhbətlərinə son qoyub.

Qeyd edək ki, 36 yaşlı Tadiç "Fənərbaxça"da keçirdiyi iki mövsümdə çox uğurlu çıxış edib. O, "sarı-lacivərd" forma ilə 109 matçda 29 qol və 35 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt