Qelebə.az / “Araz-Naxçıvan” “Alanyaspor”a qarşı - YENİLƏNİR

“Araz-Naxçıvan” “Alanyaspor”a qarşı - YENİLƏNİR

11-07-2025, 09:26

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ikinci yoxlama oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, komanda Super Liqa təmsilçilərindən "Alanyaspor"la üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Geri qayıt