Qelebə.az / Argentina millisinin üzvü ölkəsinə qayıdıb - RƏSMİ

Argentina millisinin üzvü ölkəsinə qayıdıb - RƏSMİ

11-07-2025, 11:16

Argentinanın “Boka Xuniors” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda “Roma”dan Leandro Paredesi transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Argentina millisinin üzvü olan Paredes ötən mövsüm “Roma”da çıxış etdiyi 32 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt