Qelebə.az / Amerikalı döyüşçü UFC-dən uzaqlaşdırılıb

Amerikalı döyüşçü UFC-dən uzaqlaşdırılıb

11-07-2025, 10:12

Amerikalı döyüşçü Mett Braun UFC-dən uzaqlaşdırılıb.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, iştirakçıların siyahısında "təmizləmə işləri" aparan yarışın təşkilatçıları 44 yaşlı idmançı ilə də yolları ayırıb.

M.Braun 2008-ci ildən UFC-də mübarizə aparırdı. Onun liqada 17 qələbəsi və 13 məğlubiyyəti var.

Qeyd edək ki, M.Braun son vaxtlarda UFC-ni tərk edən yeganə idmançı deyil. Daha əvvəl britaniyalı Cordan Vuçeniç, amerikalı Trevin Gils, braziliyalı Vivian Arauxo və konqolu Ance Luza da UFC-dən uzaqlaşdırılıb.

Geri qayıt