Qelebə.az / "Araz-Naxçıvan"ın rəqibi Finlandiya millisinin futbolçusunu transfer edib

"Araz-Naxçıvan"ın rəqibi Finlandiya millisinin futbolçusunu transfer edib

11-07-2025, 17:05

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi "Aris" (Yunanıstan) Finlandiya millisinin futbolçusu Frederik Yenseni transfer edib.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Geri qayıt