Qelebə.az / “Qarabağ” “Tvente”ni məğlub edib - YENİLƏNİB

“Qarabağ” “Tvente”ni məğlub edib - YENİLƏNİB

11-07-2025, 09:30

Yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununa çıxıb.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan çempionu Niderlandın “Tvente” komandası ilə qarşılaşıb.

Komandalar arasında ilk matç saat 17:00-da start götürüb. Qarşılaşma Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:2. 

İkinci görüş saat 19:15-də başlayacaq.

Qeyd edək ki, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda Ukrayna "Metallist"inə (Xarkov) 4:5 hesabı ilə uduzub.

Geri qayıt