Qelebə.az / İqa Svöntek ilk dəfə Uimbldonun qalibi olub

İqa Svöntek ilk dəfə Uimbldonun qalibi olub

12-07-2025, 22:17

Polşalı tennisçi İqa Svöntek ABŞ idmançısı Amanda Anisimovanı Uimbldon turnirinin finalında məğlub edib.

"Report"un məlumatına görə, bir saatdan az davam edən görüş 6:0, 6:0 hesabı ilə Svöntekin xeyrinə başa çatıb.

Qeyd edək ki, Svöntek ilk dəfə Uimbldon turnirinin qalibi olub. O, qadınlar arasında Uimbldon turnirini qazanan ilk polşalı tennisçi olub.

Geri qayıt