Qelebə.az / "İmişli" Portuqaliyadan oyunçu gətirir: Qanalı yarımmüdafiəçi

"İmişli" Portuqaliyadan oyunçu gətirir: Qanalı yarımmüdafiəçi

13-07-2025, 10:09

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq “İmişli” legioner axtarışını davam etdirir.

QELEBE.AZ saytına verilən məlumata görə, bölgə təmsilçisi indi də Portuqaliyanın “Torreense” klubunda çıxış edən Yav Mosesə “elçi” düşüb.

“İmişli” 26 yaşlı dayaq yarımmüdafiəçinin keçidini yaxın günlərdə həll etmək istəyir.

Tərəflər arasında danışıqlar davam edir. Qanalı “Çariti Stars”(Qana), “Aruka”(Portuqaliya) klublarında da çıxış edib.

Onun “Torreense” ilə daha 1 illik müqaviləsi qüvvədədir.

Geri qayıt