Qelebə.az / Premyer Liqadan Tunis klubuna

Premyer Liqadan Tunis klubuna

27-07-2025, 16:18

"Səbail”in sabiq futbolçusu İnnosent Nşutinin yeni klubu bəlli olub.

QELEBE.AZ xəbər verir ki, Ruanda millisinin hücumçusu karyerasını Tunisdə davam etdirəcək.

O, “Zarzis”lə anlaşıb. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Nşuti bu ilin yanvarından iyununa qədər "Səbail"də oynayıb.

Geri qayıt